Çərşənbə günü 22 Noyabr 2017

Cəmiyyət

İlham Əliyev “Gəncə Mall” Ticarət Mərkəzində yaradılan şəraitlə tanış oldu

Mədinə Musazadə - 11/11/2017

Dövlət başçısına ticarət mərkəzində yaradılan şəraitlə bağlı məlumat verildi. Bildirildi ki, Heydər Əliyev prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində yerləşən “Gəncə Mall”un inşasına 2014-cü ilin avqust ayında başlanılıb və 2017-ci ilin oktyabr ayında tikinti işləri başa çatdırılıb. Bu ticarət kompleksinin ümumi sahəsi 26 min 293 kvadratmetr, ticarət sahəsi isə 11 min kvadratmetrdir.

Qeyd edildi ki, burada aptek, kitab mağazası, müxtəlif restoranlar və “Cinema Plus” kinoteatrı da yerləşir. Ticarət mərkəzində 800 nəfərin yeni iş yeri ilə təmin edilməsi nəzərdə tutulub.

Dövlət başçısı ticarət mərkəzindəki “Bravo” supermarketində şirniyyatın dadına baxdı.

“Gəncə Mall” Ticarət Mərkəzi kimi obyektlərin istifadəyə verilməsi ölkəmizin iqtisadi potensialını və vətəndaşlara xidmətin yüksək səviyyədə təşkilini nümayiş etdirir. Bundan başqa, bu layihənin icrası həm də Gəncə şəhərinin görkəminin müasirləşməsinə böyük dərəcədə töhfə verir.

president.az

Hadisə