Çərşənbə günü 22 Noyabr 2017

Təhsil

GDU-nun Filologiya fakültəsinin tələbələri pedaqoji təcrübə ilə bağlı maarifləndiriliblər

Kamilə Seyidli - 09/11/2017

Gəncə Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının tələbələri fevralın 16-dan mayın 24-dək iştirak edəcəkləri pedaqoji təcrübə ilə bağlı təlimatlandırılıblar.

GDU-nun mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə iştirak edən tələbələrə universitetin Təcrübə və karyera şöbəsinin əməkdaşları, fakültə dekanı, kafedra müdirləri və təcrübə rəhbərləri tərəfindən pedaqoji təcrübə ilə bağlı metodiki işlər izah edilib. Həmçinin ali təhsil müəssisəsi ilə istehsal və xidmət müəssisələri arasında bağlanmış ikitərəfli əməkdaşlıq müqaviləsinə əsasən gənclərin təcrübədə olacağı yerlərin fəaliyyəti barədə ətraflı məlumat verilib.

Bildirilib ki, fakültənin tələbələri Gəncə şəhərinin 4, 10, 18, 22, 25, 27 və 30 saylı orta ümumtəhsil məktəblərində ixtisas kafedralarından olan rəhbər müəllimlərin proqramlarına uyğun olaraq təcrübə keçəcəklər.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

Hadisə