Çərşənbə günü 22 Noyabr 2017

İdman

Gəncəli boksçu Ramal Amanov Rusiyada qələbə qazanıb

Sənubər Göyüşqızı - 09/11/2017

Ramal Amanov Rusiyanın Nijni Novqorod şəhərində keçirilən boks üzrə idman yarışında rinqə çıxıb. Gəncəli boksçu növbəti dəfə mübarizə apararaq qələbə əldə edib. Nizami yurdunun yetirməsi yerli idmançı Vladimir Fleyşqauerlə qarşılaşıb.

Ramal Amanov rəqibinin Rusiya çempionu olduğunu bildirib. 8 raund keçirdiyini vurğulayan Ramal Amanov döyüşün gərgin keçdiyini lakin buna baxmayaraq rəqibinə üstün gəldiyini qeyd edib.

63,5 kq çəki dərəcəsində mübarizə aparan 33 yaşlı Ramal Amanov ümumi 11 döyüş keçirib və hamısında qələbə qazanıb. Ramal Amanov WBA versiyaları üzrə Fedelatin və İnterneyşnl çempion kəmərlərinin sahibidir.

Xatırladaq ki, Ramal Amanov daha öncə həvəskar boksda döyüşüb və ən böyük uğuruna 2005-ci ildə dünya çempionatının gümüş medalını qazanmaqla nail olub. 2013-cü ildən isə gəncəli boksçu sevimli idman növü ilə peşəkar səviyyədə məşğul olur.

Qeyd edək ki, gənc boksçu bu vaxta kimi keçirdiyi döyüşlərin hamısında qələbə qazanıb. 

Hadisə