Çərşənbə günü 22 Noyabr 2017

Siyasət

YAP ATU ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib

Bahar Fərmanlı - 08/11/2017

Tədbir iştirakçıları əvvəlcə ulu öndərin universitetin foyesində qoyulmuş büstü önünə gül dəstələri qoyublar.

Yığıncaqda ərazi ilk partiya təşkilatının sədri Hüseyn Budaqov hesabat dövrü ərzində görülmüş işlər barədə geniş məlumat verib.

O, qeyd edib ki, təşkilatın fəaliyyətində əsas istiqamətlər ölkəmizin siyasi-sosial mədəni və iqtisadi sahələrdə əldə etdiyi böyük nəaliyyətləri, həmçinin Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasət xəttini ictimaiyyət arasında geniş şəkildə izahı və təbliğ edilməsi, Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümləri ilə əlaqədar nəzərdə tutulmuş tədbirlərin hazırlanması və keçirilməsi, partiyanın proqram prinsiplərinin izahı və təbliği, YAP sıralarının kəmiyyət və keyfiyyətcə yaxşılaşdırılması, partiyanın beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi və digər cari işlərin yerinə yetirilməsi olub. Həmçinin şəhərimizdə sürətli inkişaf, bütün sahələrdə irimiqyaslı layihələrin həyata keçirilməsi, insanların, xüsusən gənclərin fəallığının artması, təhsilin keyfiyyətinə, kollektivdə ideya-siyasi səviyyənin yüksəlməsinə mühüm təsir göstərib. Universitet partiya fəalları möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qarşımıza qoyduğu məsul vəzifələrin öhdəsindən əzmkarlıqla gəlməyə çalışıblar.

 

Hesabat məruzəsi ilə əlaqədar Tofiq Qocayev, Mərdan Tağıyev, Nazim Vəliyev və başqaları çıxış edərək, partiya fəallarının daim öndə olduqlarını, şəhərin ictimai- siyasi həyatında yaxından iştirak etdiklərini, elm və təhsilin inkişafına layiqli töhfələr verdiklərini vurğulayıb, ərazi ilk partiya təşkilatının fəaliyyətini qənaətbəxş hesab ediblər. Hesabat dövrü ərzində ərazi ilk partiyaın təşkilatın səmərəli fəaliyyət göstərdiyini, partiyanın sıralarının könüllülük prinsipi əsasında, daha çox intellektual səviyyəli gənclərin hesabına gündən-günə artdığını, ideya- siyasi, təşkilati işlərin yüksək səviyyədə qurulduğunu, gənclərin vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyət kəsb edən genişmiqyaslı, silsilə tədbirlərin həyata keçirildiyini önə çəkiblər.

Ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin cəmiyyətimizdə geniş təbliğ olunmasında partiyamızın üzvlərinin fəal rol oynadığını deyən YAP Gəncə şəhər Təşkilatının təşkilat şöbəsinin müdiri İsmayıl İsmayılov memarı ulu öndər Heydər Əliyev olan Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan, ümummilli liderin misilsiz xidmətlərindən, dövlətimizin tarixi inkişafından, müstəqil Azərbaycanın qazandığı uğurlardan söhbət açıb. Bildirib ki, Yeni Azərbaycan Partiyası qısa müddət ərzində dünyanın ən nüfuzlu siyasətçilərindən və dövlət rəhbərlərindən sayılan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi və həyata keçirdiyi uzaqgörən siyasət ilə daha da güclənib. Bu gün xalqımız cənab İlham Əliyevin simasında görkəmli dövlət xadimi Heydər Əliyevin başladığı nəhəng işlərin sədaqətli davamçısını, XXI əsrdə Azərbaycanı yeni zirvələrə qaldıran qüdrətli liderini görür.

 

Partiya fəallarının yekdil rəyi ilə universitet ərazi ilk partiya təşkilatının fəaliyyəti qənaətbəxş hesab edilib.

Daha sonra təşkilati məsələlərə baxılıb. Piri Axundov ATU ərazi ilk partiya təşkilatının sədri, Nüşabə Hacıyeva və Nazim Kərimov isə sədr müavinləri seçiliblər. Eyni zamanda ərazi ilk təşkilatın 25 nəfərdən ibarət İdarə Heyəti seçilib.

Piri Axundov ona göstərilən yüksək etimada görə YAP Gəncə şəhər Təşkilatının rəhbərliyinə, partiya fəallarına dərin minnətdarlığını bildirib, kollektivin bütün qüvvəsini ölkəmizin və şəhərimizin inkişafı naminə vahid məqsəd uğrunda səfərbərliyə alacağına, təşkilatın daim qabaqcıllar sırasında olacağına söz verib.

Yığıncaqda partiya fəallarından 23 nəfər YAP Gəncə şəhər Təşkilatının IX konfransına nümayəndə seçilib.

Photogallery

3 5 6 8 4

Hadisə