Cümə günü 24 Noyabr 2017

Mədəniyyət

Kiyevdə Azərbaycan şairi Nizami Gəncəviyə həsr edilmiş yaradıcılıq gecəsi keçirilib

Samirə Səmədova - 08/11/2017

Ukraynada Azərbaycanlı Gənclər Birliyinin Gənclik Mərkəzində keçirilən tədbir “UAGB-də əfsanələr canlanır” layihəsi çərçivəsində təşkil olunub. Layihə Azərbaycanın mədəni irsinə və Ukrayna ictimaiyyətini bu irslə tanış etməyə həsr edilib.

Ukrayna Azərbaycanlılarının Birləşmiş Konqresinin rəhbəri Rövşən Tağıyev bu təşəbbüsü və UAGB-nin Ukraynada Azərbaycan mədəniyyətinin populyarlaşdırılması üzrə ardıcıl iş aparmasını alqışlayıb və Ukraynada Nizami Gəncəviyə abidə qoyulmasının zəruri olduğunu qeyd edib.

Ukrayna Milli Yazıçılar İttifaqının Kiyev şəhər təşkilatının rəhbəri Vladimir Danilenko da tədbir iştirakçılarını salamlayaraq Ukrayna ilə Azərbaycan arasında mədəni mübadilənin zəruriliyini və əhəmiyyətini vurğulayıb. Ukraynanın Xalq Artisti, Müslüm Maqomayev adına Mədəniyyət Mərkəzinin rəhbəri Qurban Abbasov Nizami Gəncəvinin sözlərinə bəstələnmiş “Sənsiz” romansını ifa edib.

Poeziya gecəsi Nizami Gəncəvinin həyat və yaradıcılıq motivləri əsasında hazırlanmış, tədbir iştirakçılarını xəyalən Gəncənin orta əsrlər mühitinə aparan səhnələşdirilmiş tamaşa ilə davam edib.

Photogallery

15100407742949861193 1000x669 1510040774255319287 1000x669

Hadisə