Cümə günü 24 Noyabr 2017

Mədəniyyət

Gəncədə 'Yalnış anlama' filminin təqdimatı keçirilib

Samirə Səmədova - 08/11/2017

Film Gəncə Cinema Plus kinoteatrında təqdim olunub.

"Yanlış anlama" filminin İstanbulda premyerası keçirildikdən sonra Azərbaycanda ilk dəfə Gəncədə təqdimatı baş tutub. Təqdimatda azərbaycanlı aktyorlarla yanaşı türkiyədən gələn aktyorlarda iştirak edib.

Təqdimat mərasiminə türkiyəli aktrisa Pelin Sönməz, filmin baş qəhrəmanı Hakan Bilginlə yanaşı azərbaycanı aktyorlar İslam Mehrəliyev, Fərda Amin və Pərvin Abıyeva da iştirak ediblər. 

Filmdə bir turk ailəsinin müəyyən bir səbəblə Azərbaycana gəlməsindən və Bakıda yerli ailə ilə tanışlığından bəhs edir. Həmin iki ailə arasındakı münasibətlər və Azərbaycan dili ilə türk dili arasındakı yanlış anlaşılmalardan ortaya çıxan nəticə komediyanın süjet xəttini təşkil edir.

 

Hadisə