Çərşənbə günü 22 Noyabr 2017

İqtisadiyyat

Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə təntənəli mərasim keçirilib

GanjaNews - 08/11/2017

Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə təntənəli mərasim keçirilib.

Dövlətimizin başçısı mərasimdə nitq söylədi.

Sonra SOCAR-ın prezidenti Rövnəq Abdullayev, “28 May” Neft-Qaz Çıxarma İdarəsinin 10 saylı özülünün rəisi Qədim Əliyev, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, Bakı Ali Neft Məktəbinin birinci kurs tələbəsi Mahirə Əsədova, SOCAR-ın vitse-prezidenti Xoşbəxt Yusifzadə çıxış etdilər.

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının neft sənayesi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Xoşbəxt Yusifzadə birinci dərəcəli “Əmək” ordeni ilə təltif olundu.

Dövlətimizin başçısı ordeni Xoşbəxt Yusifzadəyə təqdim etdi.

Sonda Azərbaycanın neft sənayesinin tarixinə həsr edilən videoçarx nümayiş olundu.

Hadisə