Çərşənbə günü 22 Noyabr 2017

İdman

Gəncə şəhər stadionunda keçirilən “Kəpəz”–“Qarabağ” görüşünü 13 min 300 tamaşaçı izləyib

Samirə Səmədova - 07/11/2017

Topaz Premyer Liqasında mövsümün yeni rekordu qeydə alınıb. Peşəkar Futbol Liqasının saytına istinadən xəbərə görə XI tur çərçivəsində “Kəpəz”–“Qarabağ” görüşünü 13 min 300 tamaşaçı izləyib. Bu, cari mövsümdə keçirilən 43 qarşılaşma arasında ən yüksək göstəricidir.

Ağdam klubunun 2:0 hesabı ilə qalib gəldiyi həmin oyuna qədər ən çox tamaşaçı toplayan görüş məhz Gəncədə keçirilmiş “Kəpəz”-“Neftçi” matçında qeydə alınmışdı. Həmin görüşü 8 min azarkeş izləmişdi.

Xatırladaq ki, sonuncu turda keçirilən matçları izləyən azarkeşlərin ümumi göstəricisi də IX turdakını üstələyir. Belə ki, IX turda keçirilən bütün görüşlərə 12 min 550 tamaşaçı baxdığı halda, XI turda bu rəqəm 17 min 400 olub.

Hadisə