Çərşənbə günü 22 Noyabr 2017

İdman

“Kəpəz”in iki futbolçusu milli yığmaya çağrılıb

Sənubər Göyüşqızı - 07/11/2017

"Sarı-göylərin" iki üzvü yığmanın təlim məşq toplanışına dəvət edilib.

Klubun mətbuat xidmətindən verilən məlumata görə, paytaxda 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı başlayıb. Toplanışa çağırılan 23 oyunçu arasında “Kəpəz”in iki üzvü də yer alıb. İlyas Səfərzadə və İlkin Sadıqov yığma komandanın məşqçilər korpusunun etimadını qazanıb.

Qeyd edək ki, yığmamız Avropa çempionatının seçmə mərhələsi çərçivəsində “Dalğa Arena”da noyabrın 9-da Almaniya, ayın 14-də isə Kosovo komandası ilə qarşılaşacaq.

Hadisə