Cümə günü 24 Noyabr 2017

Mədəniyyət

YUNESKO-da Azərbaycan bəstəkarının yubileyi qeyd olunacaq

Mədinə Musazadə - 04/11/2017

2018-ci ildə bəstəkar Qara Qarayevin 100 illik yubileyi qeyd ediləcək.

Parisdə keçirilən YUNESKO-nun Baş Konfransının 39-cu sessiyası çərçivəsində qurumun 2018-2019-cu illər üzrə yubileylər siyahısı qəbul edilib. YUNESKO-nun İcra Şurası tərəfindən təqdim edilən yubileylər siyahısına üzv ölkələrdən 48 təklif irəli sürülüb.

Azərbaycan tərəfindən bu siyahıya dahi bəstəkar Qara Qarayevin anadan olmasının və Bakı Dövlət Universitetinin 100 illik yubileylərinin qeyd edilməsi təklif olunub.

Baş Konfrans tərəfindən bu təkliflər qəbul olunub. Beləliklə, 2018-ci ildə bəstəkar Qara Qarayevin və 2019-cu ildə Bakı Dövlət Universitetinin YUNESKO-nun dəstəyi ilə Parisdə 100 illik yubileyləri qeyd ediləcək.

Hadisə