Cümə günü 24 Noyabr 2017

Səhiyyə

Gəncədə göz xəstəlikləri ilə bağlı aksiya başlayır

GanjaNews - 03/11/2017

Gəncədə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə noyabr ayının 4-dən 13-dək Dünyagöz Klinikasının həkim briqadası tərəfindən şəhər sakinləri üçün ilkin göz müayinəsi həyata keçiriləcək.

10 gün davam edəcək sosial aksiyada klinikanın türk həkimlərindən ibarət heyəti şəhər sakinlərini ödənişsiz müayinə edəcəklər:

4 noyabr - Cavadxan qəsəbəsi, Cümhuriyyət prospekti,4 (“Büllur” şadlıq sarayının yanı)

5 noyabr - Natəvan qəsəbəsi, G Lazarev küçəsi 18 (ATS-in həyəti),

6 noyabr - Sadıllı qəsəbəsi, M.İsrafilbəyov və F.Hüseynov küçələrinin kəsişməsi (7 saylı avtobus xəttinin son dayanacağı)

7 noyabr - Məhsəti qəsəəbəsi 21 saylı tam orta məktəbin həyəti

8 noyabr - Şıxzamanlı qəsəbəsi, 5 saylı poliklinikanın həyəti ( 6 saylı avtobus xəttinin son dayanacağı)

9 noyabr - 28 May prospekti 87 ( Yeni Gəncə y/m Novruz meydanı, 2 saylı tam orta məktəbin qarşısı)

10 noyabr - M.Ş. Vazeh prospekti 33 (Gülüstan y/m, “İstiqlal” parkının arxa hissəsi)

11 noyabr - Gəncə Dövlət Universitetinin qarşısı, (Bayraq meydanının yanı)

12 noyabr - Azərbaycan Dövlət Aqrar Universiteti Tələbə Kampusunun həyəti

13 noyabr - Azərbaycan Texnologiya Universitetinin qarşısı (Füzuli parkı)

Qeyd edək ki, Dünyagöz Xəstəxanası, daima yenilənən mükəmməl texnologiyası, mühazirəçi və mütəxəssislərdən ibarət 2000-ə yaxın təcrübəli işçi heyəti ilə dünyanın bir neçə müstəsna tibb mərkəzləri arasında layiqli yerini tutub. Ən müasir tibbi avadanlıqlarla təchiz edilmiş klinika artıq 21 ildir ki, müasir tələblər səviyyəsində göz müayinəsi və müalicəsi ilə məşğul olur.

Hadisə