Çərşənbə günü 22 Noyabr 2017

İqtisadiyyat

Gəncədə keçirilən ”Evdar xanımların sahibkarlığa cəlb olunması” layihəsi başa çatıb

Sənubər Göyüşqızı - 03/11/2017

“Sahibkar Qadınlar” İctimai Birliyinin reallaşdırdığı layihədə 100-ə yaxın evdar xanım iştirak edib.

Layihənin keçirilməsində əsas məqsəd sosial-iqtisadi çətinliklərə məruz qalan, sosial mənəvi ehtiyaclarını qarşılaya bilməyən qadınlara kiçik biznesin təşkili üzrə təlimlərin keçirilməsi, onlarda sahibkarlıq bacarıq və vərdişlərinin formalaşdırılması olub.

Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşan layihəsi çərçivəsində Gəncə, Şəmkir, Samux və Goranboyda təşkil olunan iki günlük təlimlərdə evdar xanımlara ailə büdcəsinin planlaşdırılması, sahibkarlığın əlifbası və onun bəndləri, idarəçilik, iqtisadi biliyin əsasları, kreditin alınması şərtləri, biznes planının yazılma qaydaları haqqında məlumatlar verilib.

Bildirək ki, layihə iştirakçılarını təlimçi Elnarə Ələkbərova maarifləndirib.

Hadisə