Cümə günü 24 Noyabr 2017

Elm

ADAU-da elmi sərgi təşkil olunub

Samirə Səmədova - 03/11/2017

Son illər Azərbaycan Dövlət Aqrar Universitetində tədris prosesi ilə yanaşı elmi-tədqiqat işlərinin də keyfiyyəti artıb və bunun üçün hərtərəfli şərait yaradılıb.

Bu baxımdan universitetin elmlər doktoru və professorlarının əldə etdiyi elmi nailiyyətləri nümayiş etdirilməsinə də ciddi ehtiyac var. Universitetdə yeni yaradılan lobarotoriyaların, tədris-təcrübə mərkəzlərinin və təcrübə sahələrinin potensial imkanlarından da səmərəli istifadə edilir.  

ADAU-nun mətbuat xidmətinin məlumatına əsasən universitetin "Baytarlıq təbabəti və zoomühəndislik fakültəsində" təhsil müəssisəsində çalışan elmlər doktoru və professorların elmi nailiyyətlərini əks etdirən sərgi təşkil edilib. Sərgidə professor və elmlər doktorlarının kitabları, dərs vəsaitləri, müəlliflik şəhadətnamələri, patent və ixtiraları ayrıca nümayiş etdirilib. Sərgi iştirakçılarda böyük maraq yaradıb.

Sərgidə iştirak edən ADAU-nun rektoru İbrahim Cəfərov bu sərgidə ali təhsil ocağının alimlərinin bir ömür sərf etdiyi və Azərbaycan elminə bəxş etdiyi uğurlardan danışıb. Bildirib ki, bu cür sərgilər daha geniş miqyasda davamlı olaraq keçirilməlidir. Bu həm də universitetimizin professor və elmlər doktorlarının elmi naliyyətlərinin səviyyəsi, göstəricisi deməkdir.

 Qeyd edək ki, sərginin təşkilində isə əsas məqsədi aqrar elmin bugünkü nailiyyətlərini tanıtmaq, müasir elmi bilikləri təbliğ etməkdir.

Photogallery

IMG 4273 IMG 4242 IMG 4277 IMG 4250

Hadisə