Çərşənbə günü 22 Noyabr 2017

QHT

“Məktəblilərarası I İntellektual Çempionat - Samux” layihəsinin açılış mərasimi keçirilib

Kamilə Seyidli - 02/11/2017

Layihə Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi, Günel Əhmədovanın rəhbərliyi ilə icra olunacaq.

Samux şəhərində ilk dəfə təşkil olunan “Məktəblilərarası I İntellektual Çempionat - Samux” layihəsinin açılış mərasimi baş tutub.

Layihənin keçirilməsində əsas məqsəd şagirdlərin maariflənməsinə xidmət etmək, onların asudə vaxtlarını maraqlı təşkil etməklə, elmə, biliyə marağı artırmaq və vacib bacarıqların formalaşdırılmasına xidmət etməkdir.

Layihə Samux rayonuna tabe olan Sərkar kənd məktəbi və ətraf kəndlərdə fəaliyyət göstərən 8 kənd  məktəbini əhatə edəcək. Layihə rəhbəri Günel Əhmədovanın sözlərinə görə ümumilikdə 8 məktəb və hər məktəbdən 6, 7 və 8-ci siniflər olmaqla 3 komanda iştirak edəcək. Çempionatın ilk oyun günü 6-ci siniflər, II oyun günü 7-ci siniflər, III oyun günü isə 8-ci siniflər yarışacaq. Hər günün sonunda qrupuna görə qalib komandalar müəyyən olunacaq. Növbəti gün isə bağlanış və mükafatlandırma mərasimi keçiriləcək. Bütün qalib komandalara kubok və medallar, bütün iştirakçılara isə iştirakçı şəhadətnaməsi təqdim olunacaq. Çempionatın sualları Azərbaycan tarixi, mədəniyyət və incəsənətinə aid olacaq. Eyni zamanda ümumi dünyagörüşünün qiymətləndirilməsi üçün də suallar veriləcək. Çempionatın formatı “Kim? Harada? Nə zaman?” intellektual oyununun formatına əsasən təşkil olunacaq.

Layihənin təşkilati dəstək tərəfi “Odlar Yurdu” Gənclər İctimai Birliyidir.

Layihənin icra müddəti 3 aydır və 22 sentyabr -22 dekabr 2017-ci ili əhatə edir.

Qeyd edək ki, layihə rəhbəri Günel Əhmədova Gəncə şəhərinin ictimai, siyasi həyatında, gənclərlə iş sahəsində öz fəallığı ilə seçilən aktiv gənclərdəndir. Hal-hazırda Samux rayon Sərkar kənd məktəbində tarix müəllimi işləyir.

Photogallery

1 4 3 5

Hadisə