Çərşənbə günü 22 Noyabr 2017

QHT

Gəncədə “Təbiət bizim evimizdi” layihəsinin icrasına start verilib

Kamilə Seyidli - 01/11/2017

Layihə 3 ay müddətində Gəncə şəhərində icra olunacaq.

“Karvan” Gənclərin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Təbiət bizim evimizdi” layihəsinin icrasına start verib.

İctimai Birliyin mətbuat xidmətindən verilən məlumata görə, layihənin icrası ilə gənclərə, vətəndaşlara, ailələrə və gələcək nəsilə ətraf mühitin qorunması və mühafizəsi üçün bir mesaj ötürməkdən ibarət olacaq.

Layihənin əsas məqsədi ətraf mühitin çirklənməsinin qarşısını almağa yardımçı olmaq və gələcəyin sağlam inkişafı üçün təmiz nəfəs düsturunu formalaşdırmaq olacaq. 

Hadisə