Cümə günü 24 Noyabr 2017

QHT

Gəncədə yeni ekoloji layihə həyata keçirilib

Kamilə Seyidli - 31/10/2017

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Gəncə şəhərinin Hacıkənd qəsəbəsində "Gəncə və ətraf rayonlardan olan gənclər üçün ekoloji mövzularda təlimlərin təşkili, sosial çarxların hazırlanması və təqdimatının keçirilməsi" adlı layihə həyata keçirilib.

Layihənin əsas məqsədi gənclər arasında ekoloji maarifləndirmənin genişləndirmək, onların ekologiya və ətraf mühitin qorunmasında ictimai mühafizəkarlıqlarının artırmaq və ictimai-ekoloji əhəmiyyət kəsb edən fəaliyyətlərə təşviq etməkdən ibarət idi. 

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin İctimaiyyətlə Əlaqələr üzrə Koordinatoru Sevinc Məmmədova billdirib ki, layihə çərçivəsində 3 gün ərzində seçilmiş 15 nəfər region gəncinə, Bakı və Gəncə şəhərindən gələn təlimçilər tərəfindən: ekoloji yaşam (həyat tərzi), ictimai vəkillik, video-foto çəkiliş texnikaları və montaj, sosial media və onun insanların həyatında rolu adlı mövzular üzrə təlimlər keçirildi. Təlimlərin sonunda iştirakçı gənclər sertifikatlarla mükafatlandırılıblar.

Qeyd edək ki, tezliklə layihənin ikinci mərhələsində nəzərdə tutulan ekoloji mövzular üzrə sosial çarxın çəkilişləri baş tutacaq.

Bildirək ki, layihə bu ayın 27-29 tarixlərini əhatə edib.

Photogallery

 DSC0698 IMG 2107

Hadisə