Çərşənbə günü 22 Noyabr 2017

QHT

“Odlar Yurdu” GİB “VI Müstəqillik Kuboku” İntellekt Çempionatını həyata keçirir

Kamilə Seyidli - 30/10/2017

“Odlar Yurdu” Gənclər İctimai Birliyi Azərbaycan İntellektual Oyunlar Klubu ilə birlikdə “VI Müstəqillik Kuboku” İntellekt Çempionatı həyata keçirir.

5 noyabr tarixində baş tutacaq çempionatın keçirilməsində əsas məqsəd ölkədə vətəndaşlıq ruhunun daha da yüksəldilməsilməsi, vətənpərvərliyin təbliği və potensial intellektlərin aşkarlanması və qiymətləndirilməsidir.

“Odlar Yurdu” Gənclər İB-nin sədri Nigar Ələsgərova ölkə başcısı İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 2.1.2. (gənclərin azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi) və 2.1.22. (yeniyetmə və gənclər üçün faydalı olan maarifləndirici, elmi-kütləvi, televiziya və radio verilişlərinin hazırlanması və yayımlanması) bəndlərini əsas tutaraq çempionatın bu sahədə atılacaq növbəti bir addım olacağını qeyd edib.

Azərbaycan İntellektual Oyunlar Klubunun Prezidenti Aydın Piriyev “VI Müstəqillik Kuboku” İntellekt Çempionatı ilə yanaşı ümumiyyətlə gələcəkdə də həyata keçiriləcək bu kimi intellektual yarışların gənclərin formalaşması və maariflənməsində danılmaz təsirinin olacağını bildirərək gələcəkdə də bu tendensiyanın davam etdiriləcəyini xüsusi vurğulayıb.

Bildirək ki, Azərbaycan Respublikasının Milli Müstəqilliyinin 26 illiyi münasibətilə keçiriləcək intellekt kubokunda 18-29 yaş qrupunda gənclər iştirak edə bilər. Çempionat “Nə? Harada? Nə zaman?” intellektual yarış formatında olacaq və “Passage 1901” restoranında baş tutacaq. Qalibləri və iştirakçıları dəyərli hədiyyələr gözləyir.

Çempionatın tərəfdaşı “Qrinviç” Təhsil Mərkəzi, STEP IT Academy və Çiçək Taksi şirkətidir. İştirak etmək istəyən komandalar aşağıda qeyd olunan linkdən qeydiyyatdan keçə bilərlər. Son müraciət tarixi 3 noyabrdır. https://docs.google.com/forms/d/1RJGyvTFAab3cUlLVPzt1BHHm0gmaZsC0l47AZT XzZH4/viewform?edit_requested=true

Hadisə