Cümə günü 24 Noyabr 2017

Mədəniyyət

Gəncədə dostluğu və həmrəyliyi tərənnüm edən festival təşkil olunacaq

Samirə Süleymanlı - 30/10/2017

Festival noyabrın 3-də keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin, Bakı Yunus Əmrə İnstitutunun, Türkiyənin Gəncədəki konsulluğu və Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin birgə təşkilatçılığı ilə IV “Türk dünyası ənənəvi uşaq oyunları festival”ı keçiriləcək.

Festival Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi ilə Bakı Yunus Əmrə İnstitutu arasında bağlanmış memorandum çərçivəsində reallaşacaq. Birgə layihənin məqsədi türk dünyasının qeyri-maddi mədəni irs nümunələrinin ayrılmaz tərkib hissəsi olan ənənəvi uşaq oyunlarının həm əyləncə, həm də yarış formatında keçirilməsi, onların gələcək nəsillərə çatdırılmasıdır.

Hadisə