Çərşənbə günü 22 Noyabr 2017

QHT

Gəncədə 'Erasmus Plus Youth' proqramının rəsmi məlumat mərkəzinin açılışı olub

Kamilə Seyidli - 27/10/2017

Gəncə şəhər Gənclər Evində Azərbaycanda ilk dəfə olaraq "Gələcəyə Körpü" Gənclər İctimai Birliyi tərəfindən Avropa Komisiyasının "Erasmus + Youth" ('Erasmus + Gənclər Fəaliyyətdə') proqramı üzrə əldə edilmiş rəsmi məlumat mərkəzinin açılış mərasimi baş tutub.

Tədbirin rəsmi hissəsində tələbələr, QHT nümayədələri, “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin icraçı direktoru Hüseynxan Hacızadə, Gəncə şəhər Gənclər və İdman İdarəsinin əməkdaşı Xəyalə Qurbanova və Gəncə şəhər Gənclər Evinin əməkdaşı Şəhriyar Hacıyev iştirak edib. Daha sonra mərkəzin koordinatoru Hüseynxan Hacızadə iştirakçılara Məlumat Mərkəzinin nə üçün yaradıldığını, gənclər və gənclər təşkilatları üçün hansı yardım və məsləhətlər təklif etdiyini və Erasmus+ Youth. Proqramı haqqında geniş məlumat verilib. Məlumat Mərkəzinin tərəfdaşları - Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin, o cümlədən Gəncə şəhər Gənclər Evinin nümayəndələri Mərkəzin işinə uğurlar arzulayıb və yerli gəncləri, həmçinin gənclər təşkilatlarını Proqramın imkanlarından daha çox yararlanmağa çağırıblar.

Sonuncu hissədə isə iştirakçılar - Məlumat Mərkəzindən olan gözləntilərini, ehtiyaclarını və verə biləcək töhvələrini müəyyənləşdirmək məqsədilə komanda işləri həyata keçirərək təqdimatlar ediblər. Açılış mərasimindən sonra Məlumat Mərkəzinin məlumat-turları və seminarları regionlarda davam edəcəkdir.

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin İctimaiyyətlə Əlaqələr üzrə Koordinatoru Sevinc Məmmədova qeyd edib ki, Erasmus+ Gənclər Fəaliyyətdə rəsmi əlaqə mərkəzi titulu SALTO–nun Şərqi Avropa və Qafqaz Resurs Mərkəzi (Polşada Təhsil Sisteminin İnkişafı Fondunun hissəsi) tərəfindən Şərq Tərəfdaşlığı ölkələri və Rusiyada fəaliyyət göstərən təşkilatlara verilir. “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi bu titul üçün namizədliyini irəli sürüb və Azərbaycanda olan təşkilatlar arasında son üçlüyə daxil olub. Final mərhələdə müsabiqədə maksimum 100 xaldan 81-ni toplayan “Gələcəyə Körpü” Azərbaycanda ilk dəfə 2017-ci ilin İyun ayından Dekabr ayınadək Erasmus+ Gənclər Fəaliyyətdə Proqramının Rəsmi Əlaqə Mərkəzi elan olunub. Bu günədək Erasmus+ Proqramının Rəsmi Əlaqə Mərkəzi olmayıb. Qeyd edək ki bu günədək ölkəmizdə Erasmus+ Proqramının Rəsmi Əlaqə Mərkəzi olmayıb.

Bu çərçivədə, "Gələcəyə Körpü" yerli gənclər və gənclər təşkilatları arasında Rəsmi Əlaqə Mərkəzi olaraq fəaliyyət göstərəcək. Bununlada Azərbaycanda Erasmus+ proqramının imkanları ilə maraqlanan təşkilatlara məsləhətlər verəcək, Azərbaycanın müxtəlif bölgələrində Erasmus+ Proqramı haqqında təqdimat və məlumat xarakterli tədbirlər həyata keçirilməklə Proqramla bağlı maarifləndirməni artıracaq, proqram vasitəsilə yerli gənclərə təlim kursları, gənclər mübadiləsi və EVS layihələrinə müraciət etmək və iştirak etməyin yolları və faydaları haqqında məlumat verəcək. 

Photogallery

IMG 1706 IMG 1546   копия 33

Hadisə