Cümə günü 24 Noyabr 2017

QHT

Gəncədə gənc Startapçıların mükafatlandırılması mərasimi keçirilib

Sənubər Göyüşqızı - 23/10/2017

Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə “Azərbaycan İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramı çərçivəsində Gəncə şəhərində “Gənclər- vətəndaş cəmiyyətinin əsas qurucuları kimi” adlı layihənin "Gənclər Evi"ndə yekun tədbiri baş tutub.

“Gələcəyə körpü” GİB-in icraçı direktoru, lahiyə rəhbəri Hüseynxan Hacızadə çıxışında yaradılan şəraitə görə Gəncə şəhər İcra Hakimiyyətinə öz təşəkkürünü bildirib və layihənin “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin ekspertləri və Avrasiya Əməkdaşlıq Fondu arasında bağlanan “Gənclər-vətəndaş cəmiyyətinin əsas qurucuları kimi” adlı xidmət çərçivəsində reallaşdığını qeyd edib. Bildirib ki, əsas məqsəd Gəncədə yaşayan və təhsil alan 16-29 yaşlı gənclərin müvafiq mövzular üzrə təlimatlandırılması, gənclərin qərarvermə prosesində və ictimai siyasətin formalaşmasında funksiya və rollarının artırılması, eləcə də elektron məlumat bazaları, fəal vətəndaş mövqeyi vasitələri haqqında məlumatlandırmasından ibarətdir.

Tədbirdə çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin Baş məsləhətçisi Kənan Məmmədov tədbir iştirakçılarını salamlayaraq gənc startapçıları təbrik edib. Kənan Məmmədov şəhərimizdə gənclər üçün yaradılan şəraitdən və Gəncədə aparılan abadlıq-quruculuq işlərindən geniş məlumat verib və iştirakçılara uğurlar arzulayıb.

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov çıxış edərək “Gələcəyə Körpü” Gənclər İctimai Birliyini bu layihəni uğurla başa vurması münasibəti ilə təbrik edərək, ideyaların heyatda uğurla tətbiq olumasını arzulayıb.

Gəncə “Gənclər Evi”nin direktoru Amil Qurbanov öz növbəsində gənclərimizi salamlayaraq onların bu məkanda tez-tez tədbirlər keçirmələrinin sevindirici hal olduğunu qeyd edib və "Gənclər Evi"ndə yaradılan bütün klubların gənclərin üzünə açıq olduğunu deyib.

Bildirək ki, gənclərin müvafiq mövzular üzrə maarifləndirməsi və təşkil olunan praktiki oyun, görüş, təqdimatlarla şəxsi və peşəkar təcrübələrinin inkişafını nəzərdə tutan təlimlər Startap yönümlü təlimatçı Cəsur Həsənov və digər peşəkar təlimçilər tərəfindən aparılıb. 

Layihənin sonuncuda komandaların Startup ideyaları, reallaşma potensialı və təqdimat bacarıqlarına görə mükafatlandırılma mərasimi keçirilib. Birinci yerə “Biobon” komandası, ikinci yerə “Rent bike”, üçüncü yerə isə “İşverən” komandası çıxıb.

Sonda tədbir iştirakçılarına sertifikarlar təqdim edilib və qalib komandalara pul mükafatları verilib.

 

 

Photogallery

IMG 1155 22555279 1709098265828211 9147752325912773130 N 22687715 1709097615828276 8309369853182566812 N 22728986 1709098795828158 7141369198693880067 N 22780554 1709102059161165 7150016757502538717 N

Hadisə