Çərşənbə günü 22 Noyabr 2017

QHT

'Media Məktəbi 3' layihəsi həyata keçiriləcək

Kamilə Seyidli - 23/10/2017

“Odlar Yurdu” Gənclər İB tərəfindən ənənəvi olaraq həyata keçirilən “Media Məktəbi” layihəsi artıq üçüncü dəfə keçiriləcək. Layihənin əsas məqsədi gənclərin media sahəsində biliklərini artırmaq, mütəxəssislərin iştirakı ilə təlimləndirmək, həqiqi-praktiki iş şəraiti ilə tanış etmək və media sahəsində çalışmaq istəyən gənclərə dəstək olmaqdır.

“Media Məktəbi-3” çərçivəsində medianın müxtəlif sahələri üzrə mütəxəssislər tərəfindən təlimlər və interaktiv çalışma tapşırıqları keçiriləcək. Həmçinin gənclər müxtəlif praktiki fəaliyyətlərlə məşqul olacaq, TV və xəbər saytlarına səfərə gedəcəklər.

Birliyin sədri Nigar Ələsgərova bildirib ki, “Media Məktəbi-1”(2013) və “Media Məktəbi-2”(2016) layihələrinin məzunlarından  bir neçə nəfər gənc hal-hazırda müxtəlif  media qurumlarında çalışır. Nigar Ələsgərova qeyd edib ki, artıq 3-cü dəfə keçiriləcək “Media Məktəbi” jurnalist olmaq istəyən, media sahəsində çalışmaq istəyən gənclərə faydalı olacaq  və bu sahədə  potensiallı kadrların üzə çıxarılmasına şərait yaratmış olacaq. Sədr əlavə edib ki, layihəyə müxtəlif xəbər agentlikləri, televiziya kanalları, qəzet və radio əməkdaşları cəlb olunublar.

Müsahibə vasitəsilə seçiləcək 30 nəfər gəncin iştirak edəcəyi layihə 3 ay davam edəcək. 5 noyabr tarixində başlayacaq layihədə 17-26 yaş arası  gənclər iştirak edə bilər. Layihədə iştirak üçün son müraciət tarixi 30 oktyabrdır.

Maraqlanan gənclər aşağıdakı linkdən qeydiyyatdan keçə bilərlər:  https://docs.google.com/forms/d/e/1FAIpQLSf1mYo7IC0MG6DwH24CRb4nRPtZ2iWjipFEbP-JcXVYvHBNmw/viewform

Hadisə