Çərşənbə günü 22 Noyabr 2017

Dünya

Bu gün Ümumdünya Kulinariya günüdür

Rəvanə Hacıyeva - 20/10/2017

Beynəlxalq Kulinariya Günü ölkəmizdə 2007-ci ildən etibarən qeyd olunur.

Ümumdünya Kulinariya Təşkilatları Birliyi 2004-cü ildə İrlandiyanın Dublin şəhərində keçirdiyi beynəlxalq konfransda hər il oktyabrın 20-sinin Beynəlxalq Kulinariya Günü kimi elan edilməsi haqda qərar qəbul edib.

Beynəlxalq Kulinariya Günü Azərbaycanda 20 oktyabr 2007-ci ildən etibarən təntənəli şəkildə qeyd edilir. Beynəlxalq Kulinariya Gününün bayram kimi keçirilməsi ona görə əhəmiyyətlidir ki, gənc nəsil Azərbaycanın milli kulinariyasının sirlərinə bələd olur, gələcəkdə ölkənin hüdudlarından kənarda xalqı layiqincə təmsil etmək imkanı qazanır.

Xalqımızın milli mətbəx mədəniyyətinin öyrənilməsi və təbliği ilə məşğul olan Azərbaycan Milli Kulinariya Mərkəzi isə 1991-ci ildə yaradılıb. 1992-ci ildən Ümumdünya Kulinariya Təşkilatları Birliyinin üzvüdür. Ölkəmiz keçmiş SSRİ ərazisindən və Türk dünyasından bu quruma qəbul edilən ilk dövlət olub. 1993-cü ildə Azərbaycan komandası ilk dəfə Maltada keçirilən Dünya kulinariya çempionatına qoşulub və qızıl medalla vətənə dönüb. Çünki Milli Kulinariya Mərkəzi yarandığı gündən aparıcı kulinarları, səliqə-sahmanı və bu sahədə yaradıcılıq fantaziyası olan mütəxəssisləri ətrafında birləşdirib.

Qatıldığı bütün yarışlarda birinciliyi əldən verməyən milli kulinariya ustalarımız dünyanın bir neçə ölkəsində xalqımıza məxsus zəngin mətbəx mədəniyyəti nümayiş etdiriblər. Hətta Malta Prezidenti Qvide de Marko, İngiltərə şahzadəsi Anna azərbaycanlı kulinarların əl qabiliyyətinə heyran qalıb, onları qəbul edərək mükafatlandırıblar. Kulinariya özü də bir yaradıcılıqdır. Ölkəmiz 1998-ci ildən UNECKO-nun Xalq Yaradıcılığı Təşkilatının da üzvüdür.

Hadisə