Çərşənbə günü 22 Noyabr 2017

QHT

Gəncədə ekoloji layihə həyata keçiriləcək

Kamilə Seyidli - 18/10/2017

Layihənin sonunda təlimlərdə iştirak etmiş gənclərin hazırladığı sosial çarxın təqdimatı nəzərdə tutulur.

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Gəncə şəhərinin  Hacıkənd qəsəbəsində "Gəncə və ətraf rayonlardan olan gənclər üçün ekoloji mövzularda təlimlərin təşkili, sosial çarxların hazırlanması və təqdimatının keçirilməsi" adlı layihə  həyatakeçiriləcək.

Layihənin əsas məqsədi gənclər arasında ekoloji maarifləndirmənin genişləndirmək, onların ekologiya və ətraf mühitin qorunmasında ictimai mühafizəkarlıqlarının artırmaq və ictimai-ekoloji əhəmiyyət kəsb edən fəaliyyətlərə təşviq etməkdir. 

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin İctimaiyyətlə Əlaqələr üzrə Koordinatoru Sevinc Məmmədova bildirib ki, layihə çərçivəsində 3 gün ərzində seçilmiş 15 nəfər region gəncinə: ekoloji yaşam (həyat tərzi), ictimai vəkillik, video-foto çəkiliş texnikaları və montaj, sosial media və onun insanların həyatında rolu adlı mövzular üzrə təlim keçiriləcəkdir.

Bildirək ki, layihənin sonunda təlimlərdə iştirak etmiş gənclərin hazırladığı sosial çarxın təqdimatı nəzərdə tutulur.

Hadisə