Cümə günü 24 Noyabr 2017

Səhiyyə

Gəncədə Milli Oftalmologiya Mərkəzi tərəfindən aksiya keçirilib

Samirə Səmədova - 14/10/2017

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Gəncə filialında təşkil olunan aksiya zamanı göz xəstəlikləri olan bir qrup insan müalicə və müayinə olunub. Aksiya dövlət səviyyəsində göz xəstəliklərinin qarşısının alınmasına yönəldilmiş çoxlu sayda tədbirlər çərçivəsində həyata keçirilib.

Akademik Zərifə Əliyeva adına Milli Oftomoloqiya Mərkəzinin Gəncə filialının kiçik elmi işcisi Qafar Tağıyev bildirib ki, respublikanın baş oftalmoloqu, professor Elmar Qasımovun təşəbbüsü ilə bölgədə vaxtaşırı göz xəstəlikləri ilə bağlı geniş maarifləndirmə tədbirləri keçirilir. Qafar Tağıyev dövlət səviyyəsində göz xəstəliklərinin qarşısının alınması üçün bir sıra silsilə tədbirlərin keçirildiyini qeyd edib və indiki aksiyanın da bu tədbirlər çərçivəsində reallaşdığını vurğulayıb.

Həkim həmçinin xroniki korluğun əsas səbəbləri katarakta, qlaukoma, gözün tor qişasındakı sarı ləkənin yaşlanma ilə əlaqədar degenerasiyası, buynuz qişasının patalogiyası, zədə, uşaqlarda anadangəlmə göz xəstəliklərinin olduğunu söyləyib. Qafar Tağıyev vaxtında müayinə və müalicə etməklə korluq hallarının 80 faizinin qarşısını almağın mümkün olduğunu qeyd edib.

Photogallery

E X

Hadisə