Çərşənbə günü 22 Noyabr 2017

Sosial

Gəncədə hərbiçilər üçün inşa olunmuş yaşayış kompleksi

GanjaNews - 13/10/2017

Gəncədə hərbiçilər üçün inşa olunmuş yaşayış kompleksi 14 çoxmənzilli binadan ibarətdir. Kompleks şəhərin Yeni Gəncə yaşayış massivində 2-ci mikrorayonda yaradılıb. Doqquzmərtəbəli binalardan ibarət kompleksdə ümumilikdə 696 mənzil var.

Onların 48-i birotaqlı, 224-ü ikiotaqlı, 312-si üçotaqlı, 112-si isə dördotaqlıdır. Mənzillər su, işıq, qaz və “kombi” istilik sistemi ilə təmin olunub. Kompleksin ərazisində yaşıllaşdırma və abadlıq işləri ilə yanaşı, sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün hərtərəfli şərait yaradılıb. Uşaq əyləncə və idman meydançası salınıb.

Qeyd edək ki, yaşayış kompleksinə gedən “28 May” prospekti yenidən qurulub.

Photogallery

22366428 139312643479040 329135265479554925 N

Hadisə