Çərşənbə günü 22 Noyabr 2017

Dünya

Bu gün Beynəlxalq Qız Uşağı Günüdür

Mədinə Musazadə - 11/10/2017

11 oktyabr BMT Baş Assambleyasının qərarı ilə “Beynəlxalq Qız Uşağı Günü” elan edilib.

Bu günün keçirilməsində əsas məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrıseçkilikdən və baxımsızlıqdan əziyyət çəkən qızlara yönəltməkdir.

Dünya Qız Uşağı Günü 2011-ci ilin dekabr ayında Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilib və hər il oktyabr ayının 11-də qeyd olunur. Əvvəlcə, Türkiyə, Kanada Peru tərəfindən qəbul edilən bu gün getdikcə digər dünya ölkələri tərəfindən də qeyd edilməkdədir.

2012-ci ildə başlanılan bu hərəkatın ilk devizi “uşaq nikahları” olmuşdur. 2013-ci ilin əsas mövzusu isə BMT tərəfindən “təhsil” kimi müəyyənləşdirilib.

"Qız Uşaqları Gəlin Deyil" təşkilatının hesablamalarına görə, uşaq yaşlarında ərə verilən qızların sayı sürətlə artır. Təşkilat azyaşlıların evliliyinin təbii və himanitar fəlakətlərə səbəb olduğunu deyərək, dünya boyu hökumətləri uşaq evliliyinə son qoyulması yolunda iş aparmağa çağırır.

Qeyd edək ki, Azərbaycanda hər il erkən nigahların qarşısının alınması, qızların təhsilə cəlb olunması üçün tədbirlər görülür, çoxsaylı layihələr həyata keçirilir.

Hadisə