Cümə günü 24 Noyabr 2017

QHT

Gəncədə keçirilən 'Gələcəyinə Bu Gün Qərar Ver!' adlı layihənin ilkin mərhələsi uğurla başa çatıb

Kamilə Seyidli - 10/10/2017

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin cari ilin avqust – noyabr aylarını əhatə edən layihənin 1-ci mərhələsi başa çatıb.

3 gün davam edən təlimçilər üçün keçirilən təlimlər zamanı 10 nəfər gəncə Təbriz Rzayev tərəfindən müvafiq təlimlər keçirilib və layihənin 2-ci mərhələsinə start verilib. 2-ci mərhələdə Gəncə şəhərində yerləşən 10 ümumtəhsil məktəblərində 2 gün ərzində “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin “Gələcəyinə bu gün qərar ver!" adlı layihəsi çərçivəsində müxtəlif mövzular üzrə təlimlər keçməsi nəzərdə tutulur.

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin İctimaiyyətlə Əlaqələr üzrə Koordinatoru Sevinc Məmmədova bildirib ki, layihənin əsas məqsədi Gəncə şəhərində yerləşən orta məktəb şagirdlərinə peşə və ixtisas seçimində sərbəstliyin ön plana çəkilməsi, seçdikləri ixtisasların perspektivliyinin öncədən öyrədilməsi və gənclərin bu pilot layihə metodu ilə  asudə vaxtlarının səmərəli təşkilidir.

Bu layihə ilk dəfə olaraq, pilot layihə kimi Respublikamızda Gəncə şəhərində  fəaliyyət göstərən  10 məktəbdə təhsil alan, hər birində 40 nəfər 8-9-10-cu sinif şagirdləri olmaqla 400 gənci əhatə edəcək. Həmin şagirdlərə peşə, ixtisas seçimi üçün gərəkli olan faktorlar: cv yazmaq, motivasiya məktublarını hazırlamaq, müassir texnoloji vasitələrlə iş bazarında təmsil olunmaq, istər sosial şəbəklər (Linkedin və s.), istərsədə böyük marketing platformalarında təmsilçilik bacarıqlarının aşılanması, respublikamızda daha çox tələb olunan ixtisas sahələri barədə məlumatların verilməsi və faydalı iş əmsalları üçün əmək kapitalının düzgün bölünməsinə istiqamətlənmiş mövzularda təlimlər keçirilməsi nəzərdə tutulur.

 

Photogallery

1 8

Hadisə