Cümə günü 24 Noyabr 2017

Elm

ADAU-nun nümayəndələri Tacikistanda keçirilən Beynəlxalq seminarda iştirak edib

Rəvanə Hacıyeva - 10/10/2017

Gəncə şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə ADAU-nun nümayəndələri Düşənbədə keçirilən MDB ölkələrinin gənc alimlərinin beynəlxalq seminarına qatılıblar.

1-7 oktyabr tarixlərində Tacikistan Respublikasının Elmlər Akademiyasının “Kondara” Varzob dağ-botanika stansiyasında bioloji müxtəlifliyin öyrənilməsinə həsr edilən beynəlxalq seminar keçirilib. Seminarda Azərbaycan Dövlət Aqrar Universitetinin biologiya kafedrasının assistentləri Əliyeva İlahə Fizuli qızı və İsayeva Nərminə İlham qızı iştirak edib.

İlahə Əliyeva seminarda “Azərbaycanın unikal təbii irsi- Göygöl milli parkı” mövzusunda , Nərminə İsayeva “Azərbaycanda Punica granatum L. sortunun müxtəlif növləri” mövzusunda məruzə ilə çıxış ediblər.

Seminar zamanı gənc alimlər Varzob dağ-botanika stansiyasının botanika, fiziologiya və genetika İnstitunu, Kulyab botanika bağını və Tacikistan Respublikasının digər görməli yerlərini ziyarət ediblər.

Hadisə