Çərşənbə günü 22 Noyabr 2017

Sosial

Gəncədə abadlıq-quruculuq işləri geniş vüsət alıb

GanjaNews - 09/10/2017

Ölkə Prezidentinin Gəncəyə və Gəncəlilərə olan diqqət və qayğısı nəticəsində Gəncə günü-gündən gözəlləşir və qədimliyini saxlamaqla müasir şəhərə çevrilir. Hər yeni gün şəhərdə yeni layihələrin inşası davam etdirilir. Gəncə Dövlət Filarmoniyası, Gəncə MALL Ticarət Mərkəzi, “Grand Qafqaz” bazar kompleksində aparılan tikinti və kosmetik işlər yekunlaşmaq üzrədir.

Gəncənin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasının 4-cü mərhələsi davam etdirilir. Layihə 2019-cu ilin sonuna kimi başa çatdırılacaq ki, bu da şəhər əhalisinin həyat şəraitinin yaxşılaşdırılmasına və 24 saat içməli su ilə təminatına xidmət edəcək. Hazırda Gəncə şəhərinin 38 küçəsində də abadlıq quruculuq işləri aparılır. Su-kanalzasiya xətləri yenilənir, kommunikasiya xətləri dəyişdirilir, yeni işıq dirəkləri quraşdılır. Həmçinin 10-dan çox küçənin hal-hazırda asfalt örtüyü yenilənib başa çatır.

Şəhərin Heydər Əliyev və Atatürk prospektlərində mərkəzi hissəni əhatə edən yollar daş üzlüklərlə əvəzlənir. Eləcə də yağış sularının axıdılması üçün drenaj sistemi yaradılır. Gəncədə ümumilikdə abadlıq-quruculuq işləri ardıcıl olaraq davam etdirilir.

Photogallery

22310651 1692379404166764 7170177554526028204 N 22366434 1692379520833419 8661117118624738971 N 22228488 1692379584166746 974866171195687941 N 22366748 1692379754166729 7669313226489760606 N

Hadisə