Çərşənbə günü 22 Noyabr 2017

Elm

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Latviya Universitetində mühazirə oxuyublar

Samirə Səmədova - 03/10/2017

Həmsədrlər “Prezident mühazirələri” layihəsi çərçivəsində xüsusi mühazirə ilə çıxış ediblər.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri - Latviyanın sabiq Prezidenti Vayra-Vike Freyberqa və İsgəndəriyyə Kitabxanasının sabiq direktoru İsmail Serageldin Latviya Universitetində keçirilən “Prezident mühazirələri” layihəsi çərçivəsində xüsusi mühazirə ilə çıxış ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, Latviya Prezidenti Raymonds Veyonisin təşəbbüsü və iştirakı ilə keçirilən mühazirələrə bir çox sabiq ölkə başçıları, ictimai-siyasi xadimlər də qatılıblar.

Qeyd edək ki, layihə çərçivəsində Latviya Universitetində Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab, ABŞ-ın sabiq Prezidenti Barak Obamanın Maliyyə Resursları üzrə Məsləhət Şurasının vitse-prezidenti Con Hop Bryant, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü, Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç mühazirələrlə çıxış ediblər.

Mühazirələrdən sonra Latviya Prezidenti Raymonds Veyonis mühazirəçiləri qəbul edib. Qəbulda qlobal, iqtisadi, siyasi və sosial məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Photogallery

3 5 4

Hadisə