Çərşənbə günü 22 Noyabr 2017

Sosial

Gəncə şəhərinin elektrik təsərrüfatı yenidən qurulur

Samirə Süleymanlı - 28/09/2017

Nizami yurdunda Azərişığın sifarişi əsasında Yeni Gəncə, Məshəti qəsədəsində və şəhərin Dəmiryolu vağzalı hissəsində 110\35\10 kv yarımstansiyalar tikilir. Gəncə şəhərinin elektrik təsərrüfatının yenilənməsinın əsas məqsədi sovet dönəmindən qalan və istismar müddətinin başa vuran yarımstansiyaların yenidən qurulmasıdır.

Ötən ildən inşaası başlanılan Yeni Gəncə yarımstaniyasında işlər yekunlaşdırılsa da digər iki mənbədə işlər davam etdirilir. Gəncə şəhərində mövcud olan yarımstansiyalar 1950-ci illərdən sonra istifadəyə verilib. İşlər tam yekunlaşdıqdan sonra daha 3 yarımstansiyada yenidənqurma işləri aparılacaq.

Bildirək ki, tək Yeni Gəncə yarımstaniyası 50 min əhalinin enerji təlabatını ödəyəcək. Məshəti qəsədəsində və şəhərin vağzalyanı hissəsində inşa edilən stansiyaların hər ikisi isə təxminən 40 min əhali üçün nəzərədə tutulub. Yarımstansiyalar əhali ilə yanaşı ərazi üzrə zavod və fabriklərində enerji təminatını həyata keçirə biləcək.

 

Hadisə