Çərşənbə günü 22 Noyabr 2017

Dünya

Gəncənin Məhsəti Gəncəvi Mərkəzində “21 sentyabr-Beynəlxalq Sülh Günü” nə həsr olunan tədbir keçirilib

Sənubər Göyüşqızı - 21/09/2017

Gəncə şəhər İcra Hakimiyyətinin, Gənclər və Baş İdman İdarəsinin, Gəncə şəhər Təhsil, Səhiyyə idarələrinin, Regional Mədəniyyət və Turizm İdarəsinin, universitet və kolleclərin birgə təşkilatçılığı ilə Gəncədə “Beynəlxalq Sülh Günü”nə həsr olunan tədbir keçirilib. Tədbir Məhsəti Gəncəvi Mərkəzinin akt zalında baş tutub.

Tədbirdə Ombudsmanın Gəncə Regional Mərkəzinin sədri Səbuhi Abbasov, “Gəncənin səsi” qazetinin baş redaktoru Rəfiqə Sadıqova, Gəncə Regional Mədəniyyət Turizm İdarəsinin məsləhətçisi Bəxtiyar Muradov, Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Elmira Əliyeva, YAP Gəncə şəhər təşkilatının İdeoloji şöbəsinin müdiri Hüseyin Budaqov, GDU-nun Tarix müəllimliyi ixtisası, 3-cü kurs tələbəsi, Xocalı rayonundan məcburi köçkün ailəsinin üzvü Çinarə Hümbətova, Gənclər və İdman Baş İdarəsinin gənclər iş sektorunun baş məsləhətçisi Xəyalə Qurbanova, Gəncə şəhər 6 saylı şəhər poliklinikasının şöbə müdiri Tükəzban Məmmədova, Uşaq Yaradıcılıq Mərkəzinin şöbə müdiri Afaq Qəribova və Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin sədri Xəzangül Hüseynova iştirak edib.

Gəncə Regional Mədəniyyət Turizm İdarəsinin məsləhətçisi Bəxtiyar Muradov tədbir iştirakçılarını salamlayaraq Beynəlxalq Sülh Gününün tarixi və amalı barədə məlumat verib.

Ombudsmanın Gəncə Regional Mərkəzinin sədri Səbuhi Abbasov ilk olaraq tədbir iştirakçılarını Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın adından salamayaraq belə tədbirlərin keçirilməsində şərait yaratdığı üçün Gəncə şəhər İcra Hakimiyyətinin başçısına öz təşəkkürünü bildirib. Səbuhi Abbasov hər il ənənəvi olaraq avqustun 21-dən sentyabrın 21-dək Azərbaycanda "Sülh aylığı" elan olduğunu deyib. Səbuhi Abbasov qeyd edib ki, bu aylıq çərçivəsində respublikanın bütün regionlarında insan hüquqları ilə bağlı silsilə tədbirlər və müzakirələr təşkil olunduğunu vurğulayıb.

MKS-nin direktoru Elmira Əliyeva iştirakçıları salamlayaraq dünya adlı evimizin səadət keşikçiləri olan analarımızın sülhün tərəfdarı olduğunu qeyd edib. Sülh mövzusunun Azərbaycan üçün böyük əhəmiyyət kəsb etdiyini bildirən Elmira Əliyeva bu yolda ölkə rəhbərimizə hər zaman dəstək olacağımızı söyləyib.

Gəncə şəhər təşkilatının İdeoloji şəbəsinin müdiri Hüseyin Budaqov qeyd edib ki, sülh dünyada inkişaf və tərəqqinin rəhnidir. Hüseyin Budaqov bildirib ki, sülh hər bir bəşər övladının müdafiəsidir.

GDU-nun Tarix müəllimliyi ixtisası, 3-cü kurs tələbəsi, Xocalı rayonundan məcburi köçkün ailəsinin üzvü Çinarə Hümbətova tədbir iştirakçılarını salamlayaraq sülhün bəşəriyyat aləmində əsas amillərdən biri olduğunu deyib. Çinarə Hümbətova sülhə inanmaq kifayət deyil sülh üçün hərəkət etmək lazım olduğunu qeyd edib.

Gənclər və İdman Baş İdarəsinin gənclər iş sektorunun baş məsləhətçisi Xəyalə Qurbanova sülh quruculuğunda gənclərin rolunun mühüm olduğunu bildirib. Xəyalə Qurbanova gəncliyin bu günkü ruhu, proseslərə baxışı, intellektual potensialından bəhs edib və gənclərimiz bu vəzifənin öhdəsindən layiqincə gəldiyini bildirib.

Gəncə şəhər 6 saylı şəhər poliklinikasının şöbə müdiri Tükəzban Məmmədova iştirakçıları salamlayaq həkimlərin dünyada sülhə səs verdiyini bildirib.

Uşaq Yaradıcılıq Mərkəzinin şöbə müdiri Afaq Qəribova bildirib ki, uşaqlar sülhün çarçılarıdır. Afaq Qəribova Uşaq Yaradıcılıq Mərkəzində bu mövzu ilə əlaqədar bir sıra tədbirlərin keçirildiyindən, uşaqların əl işlərinin sülhə çağırışının nümunə olduğunu qeyd edib.

Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin sədri Xəzangül Hüseynova sülh bəşəriyyatın xilaskarıdır deyib. Xəzangül Hüseynova çıxışında bütün dünya yazıçılarının əsas mövzusunun sülh olduğunu və müharibəyə qarşı çıxdıqlarını bildirib.

“Gəncənin səsi” qazetinin baş redaktoru Rəfiqə Sadıqova dünyaya sülh gərək olduğunu bildirib. Rəfiqə Sadıqova“sülh” sözünün cəmi 4 hərfdən ibarət olduğunu, lakin bu sözün içərisində rahat yaşam tərzinin, gələcək üçün səksəkəli olmamağın, açıq səma altında yaşam anlamınının olduğunu qeyd edib. Azərbaycan üçün sülhün, əmin-amanlığın əsas amillərdən biri olduğunu bildirən Rəfiqə Sadıqova bu yolda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci Vitse Prezidenti Mehriban xanım Əliyevaya xalq tərəfindən hər zaman dəstək olunacağını qeyd edib. 

Bildirək ki, tədbirdə Gəncədə fəaliyyət göstərən universitet və kolleclərdən, QHT-lər, ASAN Xidmət, YAP Gəncə Şəhər Təşkilatından ümumilikdə 100-ə yaxın gənc iştirak edib.

Xatırladaq ki, qeyd olunan tədbirdə insan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsinə dövlət təminatı, o cümlədən bərabərlik, hüquq, sülh və dözümlülük mədəniyyəti, eləcədə yaşamaq və azadlıq hüquq barədə məlumatlandırılıb.

Photogallery

YAPL4334

Hadisə