Çərşənbə günü 22 Noyabr 2017

Dünya

Gəncədə '21 sentyabr - Beynəlxalq Sülh Günü' ilə bağlı tədbir keçirilib

Kamilə Seyidli - 20/09/2017

Gəncə şəhər “Gənclər Evi”-ndə 21 sentyabr - Beynəlxalq Sülh gününə həsr olunmuş rəsmi və əyləncəli hissədən ibarət tədbir keçirilib. Tədbir “Cocuq Mərcanlı - tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunmuş video çarxın nümaiş olunması ilə başlayıb.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Kənan Məmmədov, Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov, Gəncə şəhər "Gənclər Evi"nin müdiri Amil Qurbanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə regional bölgəsi üzrə şöbə müdiri Asif Əliyev və Gəncə Şəhər Gənclər və İdman Baş idarəsinin aparıcı məsləhətçisi Rəhman Quliyev iştirak edib.

Gəncə şəhər "Gənclər Evi"nin müdiri Amil Qurbanov Beynəlxalq Sülh gününün təsis edilməsinin tarixi və məqsədi barədə məlumat verilib.

Gəncə Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin Baş məsləhətçisi Kənan Məmmədov tədbir iştirakçılarını salamlayaraq Beynəlxalq Sülh Günü münasibəti ilə onları təbrik edib. Azərbaycanın Dünyada sülh carçısı olduğunu xüsusi vurğulayan Kənan Məmmədov Nizami yurdunda aparılan infrastruktur layihələr haqqında geniş məlumat verib.

Gəncə Şəhər Gənclər və İdman Baş idarəsinin aparıcı məsləhətçisi Rəhman Quliyev qeyd edib ki, dünyada hər kəsin məramı sülh içində yaşamaqdır. Rəhman Quliyev bildirib ki, hər bir münaqişənin sülh yolu ilə həll olunması insanların rifahına müsbət təsir edir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbə müdiri Asif Əliyev tədbir iştirakçılarına sülh şəraitində yaşamağın vacibliyini vurğulayıb. Asif Əliyev "Sulh və Din" mövzusunda çıxış edərək gəncləri radikal dini qruplaşmalara inanmamağa səsləyib. 

Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov bildirib ki, hər il ənənəvi olaraq avqustun 21-dən sentyabrın 21-dək Azərbaycanda "Sülh aylığı" elan olunur. Səbuhi Abbasov qeyd edib ki, bu aylıq çərçivəsində respublikanın bütün regionlarında insan hüquqları ilə bağlı silsilə tədbirlər və müzakirələr təşkil olunduğunu vurğulayıb.

Bildirək ki, tədbirdə Gəncədə fəaliyyət göstərən universitet və kolleclərdən, QHT-lər, ASAN Xidmət, YAP Gəncə Şəhər Təşkilatından ümumilikdə 100-ə yaxın gənc iştirak edib.

Qeyd edək ki, Beynəlxaq Sülh gününün tarixi haqda gənclərə ətraflı məlumat verildikdən sonra onların sualları cavablandırılıb. Tədbirin rəsmi hissəsi yekunlaşdıqdan sonra, gənclər ücün əyləncəli hissə baş tutub.

 

Photogallery

YAPL4198 (1)

Hadisə