Çərşənbə günü 22 Noyabr 2017

Elm

'Qədim Gəncə' adlı qızılgül növü icad edilib

Rəvanə Hacıyeva - 19/09/2017

AMEA-nın 70 illiyi ilə bağlı hazırlanan kataloqa 167 sayda qızılgül növ və sortu daxil olunub.

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağının Çiçəkçilik laboratoriyasının rəhbəri, biologiya üzrə fəlsələ doktoru, ölkədə qızılgüllərin seleksiyası və intraduksiyası (iqlimə uyğunlaşdırılması) ilə məşğul olan yeganə alim Asəf İsgəndərov bu yaxınlarda seleksiya və hibridləşmə üsulu ilə qızılgülün əvvəlki güllərdən tamamilə fərqlənən 12 yeni sortunu yaratmağa nail olub. Yeni qızılgül sortu böyük alim Lütfi Zadənin adını daşıyır.

Yeni güllər "Akademik Akif Əlizadə", "Akademik Cəlal Əliyev", "Akademik Əhliman Əmiraslanov", "Akademik Tofiq Hacıyev" adlanır.

4 akademikin adını daşıyan gül AMEA-nın 70 illiyi ilə bağlı qızılgüllərlə əlaqədar yeni hazırlanan kataloqa da daxil edilib. Kataloqa kompleks bioloji və təsərrüfat ədəmiyyətli göstəricilərinə görə fərqlənən 167 sayda qızılgül növ və sortu daxil edilib. AMEA başqa gül sortları da icad edib ki, onlara bir sıra maraqlı adlar veriblər. Həmin adlardan biridə "Qədim Gəncə" adlanır. 

Hadisə