Cümə günü 24 Noyabr 2017

Təhsil

GDU-nun yeni tədris korpusunda yenidənqurma işləri yekunlaşıb

Samirə Süleymanlı - 13/09/2017

Binanın həyətində voleybol, basketbol və mini futbol meydançaları yaradılıb.

Son 3 ildə inkişafı həm də infrastrukturun və maddi-texniki bazanın yenilənməsi ilə şərtlənən Gəncə Dövlət Universitetinin 5-ci tədris korpusunda kompleks təmir - tikinti və yenidənqurma işləri yekunlaşıb.

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən bildirilib ki, yeni tədris ilindən etibarən universitetin Filologiya və Xarici-dillər fakültələrində təhsil alan 1 200-ə yaxın tələbə dərslərini 5-ci tədris korpusunda davam etdirəcək. Həmçinin bir sıra kafedralar yeni tədris korpusunda fəaliyyət göstərəcəklər.

Dörd  mərtəbəli tədris korpusunda kompleks yenidənqurma zamanı tələbələrin istər təhsil prosesində müasir biliklərə yiyələnmələri, istərsə də dərsdənkənar asudə vaxtlarının səmərəli təşkili üçün zəruri amillər nəzərə alınıb.  Binadakı bütün otaqlar sürətli internetlə təmin edilib. Binanı fasiləsiz elektriklə təmin etmək üçün  yarımstansiya qurulub, 0,4 kilovotluq yeraltı elektrik xətti çəkilib. Yeraltı su hovuzu tikilərək su nasosları quraşdırılıb. Tədris korpusunun birinci mərtəbəsində  tələbələr üçün kitabxana və oxu zalı fəaliyyət göstərəcək.

 

Hadisə