Cümə günü 24 Noyabr 2017

QHT

Gəncədə “Gənc qızların Yay Liderlik məktəbi”nin II mərhələsi başa çatıb

Sənubər Göyüşqızı - 13/09/2017

Gəncədə “Gənc qızların Yay Liderlik məktəbi”nin II mərhələsi də başa çatıb. Yay məktəbinin ilk mərhələsində qadın hüquqları, gender bərabərliyi, uğurlu təbliğatın əsasları, ünsiyyət bacarıqlarının qurulması və sahibkarlıq bacarıqlarının inkişafı haqqında məlumatlar əldə edən tələbə qızlar sentyabr ayının əvvəlində Bakıya dəvət olunublar.

Gənclər Heydər Əliyev Mərkəzinə səfər edib, ulu öndərin zəngin irsi, xalqımız qarşısındakı tarixi xidmətlərindən bəhs edən eksponatlarla yaxından tanış olublar. ADA Universiteti ilə tanışlıq unudulmaz xatirələrlə layihə iştirakçılarının yaddaşlarına həkk olub. Milli Məclisə, Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökümət Təşkilatlarına Dəstək Şurasına, Ailə və Qadın problemləri üzrə Dövlət Komitəsinə səfərləri zamanı qızlar ölkəmizin lider xanımları ilə görüşüb, onların uğur hekayələrini, tövsiyə və məsləhətlərini dinləyiblər.

Qeyd edək ki, layihə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilib. Layihənin əsas məqsədi Gəncə-Qazax zonasında yaşayan gənc qızların müəyyən ixtisas üzrə təhsil aldıqdan sonra müxtəlif sahələrdə iştirakçılığının artırılmasına ictimai vəkillik etməkdir.

Bildirək ki, təlimlərə əsasən Gəncə Dövlət, Azərbaycan Texnologiya, Azərbaycan Dövlət Aqrar Universitetlərindən, Gəncə Musiqi və Gəncə Regional Kolleclərindən müsahibə yolu ilə seçilən qızlar qatılıb. 

 

Photogallery

Qizlar 3 Qizlar

Hadisə