Şənbə 23 Sentyabr 2017

İdman

Gəncənin paralimpiyaçıları yüksək nəticə əldə ediblər

Kamilə Seyidli - 13/09/2017

UAFA Gəncə İƏRM-nin idmançıları sentyabrın 11-də Sumqayıt Paralimpiya İdman Kompleksində keçirilən pauerliftinq idman növü üzrə 4-cü Azərbaycan çempionatında yüksək nəticə ilə seçilməyi bacarıblar.

Yarışda gənc paralimpiyaçılar Nurlan Babacanov (88 kq) kişilər arasında 1-ci yerə, Əli Babacanov (80 kq) kişilər arasında 1-ci yerə, İbrahim Atakişiyev (80 kq ) kişilər arasında 3-cü  yerə, Ceyhun Verdiyev gənclər arasında 1-ci yerə, Mikayıl Kərimov gənclər arasında 2- ci yerə layiq görülüblər.

Xatırladaq ki, yarış sentyabrın axırında Meksikada təşkil olunacaq dünya çempionatına hazırlıq xarakteri daşıyıb.