Cümə günü 24 Noyabr 2017

Elm

ADAU-da 18 gənc akademik məsləhətçi vəzifəsinə qəbul edilib

Samirə Səmədova - 13/09/2017

Azərbaycan Dövlət Aqrar Universitetində 2017/2018-ci tədris ilində Bolonya prosesinin tələblərinə uyğun olaraq kredit sistemi ilə təhsil alan tələbələrə kömək göstərəcək akademik məsləhətçi (tyutor) vəzifəsini tutmaq istəyənlər üçün müsabiqə elan edilib. Müsabiqəyə sənəd təqdim edənlər üçün universitetdə kurs təşkil olunub. Kursu müvəffəqiyyətlə başa vuran 18 gənc akademik tyutor vəzifəsinə qəbul edilib.

Bu münasibətlə təşkil olunan görüşdə universitetin rektoru İbrahim Cəfərov bildirib ki, dövlətimizin gənclər siyasətinə uyğun olaraq ADAU-da gənc kadrlara üstünlük verilməsi, universitet heyətinin yaş qrupları üzrə quruluşunda gənclərin xüsusi çəkisinin artırılması həmişə diqqət mərkəzində saxlanılır.

Rektor bildirib ki, akademik məsləhətçi (tyutor) vəzifəsində qəbul edilən gənclər gələcəkdə pedaqoji fəaliyyət göstərmək üçün baza rolunu oynayır. Sonda işə qəbul edilən gənclər dövlətimizin gənclər siyasətini çox yüksək qiymətləndirdiklərini bildiriblər və öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərinə söz veriblər.

Photogallery

IMG 0991 IMG 0992 IMG 0994 IMG 0995 IMG 0993

Hadisə