Cümə günü 24 Noyabr 2017

Cəmiyyət

“Zəfər Tağı” Gəncəyə xüsusi yaraşıq verir

Mədinə Musazadə - 13/09/2017

Heydər Əliyev Park Kompleksinin girişində inşa edilən “Zəfər tağı” bir möcüzədir desək yəqin ki, yanılmarıq. Eni 20, uzunluğu 50, hündürlüyü isə 38 metr olan “Zəfər tağı”nın, ətrafı seyr etmək üçün 30 metr hündürlüyündə meydançası var. Meydançaya qalxmaq üçün pilləkanlar və lift quraşdırılıb.

Bu ansamblı isə 500 metrlik bir məsafədə yaradılan silsilə tağbəndlər tamamlayır. Hər birinin hündürlüyü 7 metrdən cox ilan tağbəndlərin üzlüyü nəfis milli ornamentlərlə bəzədilib.

Girişdə isə ən böyük fəvvarə inşa olunub. Diametri 18 metrə bərabər olan fəvvarə hovuzun ortasında ətrafa sərinlik və gözəllik bəxş edir. Kənarlarda əkilən həmişəyaşıl ağaclar isə bu gözəlliyi tamamlayır.

Sözü gedən ərazidə İtaliya və İspaniyadan gətirilən Amerika tuyası, mazvelli və şəmşid şarları ağacları əkilib.

 

Photogallery

Zəfər Tağı 4

Hadisə