Şənbə 23 Sentyabr 2017

İdman

Nizami yurdunun yetirmələri şahmat üzrə Avropa birinciliyində iştirak edirlər

Sənubər Göyüşqızı - 12/09/2017

Leyla Budaqova və Babək Cəfərli Avropa birinciliyində qüvvəsini sınayır.

Bu günlərdə Rumıniyanın Mamaya şəhərində yeniyetmələr arasında şahmat üzrə Avropa birinciliyi keçirilir.

Yarışda Gəncə Şahmat Məktəbinin yetirmələri də yer alıb. Ümumilikdə 49 ölkədən 1192 şahmatçının iştirak etdiyi yarışda Gəncəni qızlardan 10 yaşlı Leyla Budaqova, oğlanlardan isə 16 yaşlı Babək Cəfərli təmsil edir. Avropa birinciliyində 6 turu geridə qoyan şahmatçılarımız 3 xala malikdir.

Gəncənin yetirmələri mükafatçılar sırasına düşməsələr belə beynəlxalq reytinq əmsallarını mükəmməlləşdirmək imkanına malikdilər.

Qeyd edək ki, Leyla Budaqova Tailandın Patayya şəhərində məktəblilər arasında keçirilən şahmat üzrə dünya çempionatında qızıl medal qazanıb.

Photogallery

Babək Cəfərov1