Cümə günü 24 Noyabr 2017

İdman

Gəncə təmsilçiləri qrapplinq üzrə açıq Bakı kubokunda iştirak edib

Rəvanə Hacıyeva - 12/09/2017

Hövsan Olimpiya İdman Kompleksində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Pankration, Qrapplinq və MMA Federasiyasının birgə təşkilatçılığı ilə qrapplinq üzrə açıq Bakı kuboku keçirilib.

Yarışda Bakı, Şəmkir, Gəncə, Şəki, Qazax, Şirvan, Sabirabad, İmişli, Sumqayıt, Salyan, Qusardan olan döyüşçülər mübarizə aparıblar. Yarış oktyabrda Bakıda keçiriləcək dünya çempionatı öncəsi idmançıların hazırlıq səviyyəsini qiymətləndirmək üçün təşkil olunub.

Turnirin qalibləri Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif ediliblər.

Hadisə