Şənbə 23 Sentyabr 2017

İqtisadiyyat

“Grand Qafqaz” Ticarət Kompleksində tikinti işləri davam edir

Samirə Süleymanlı - 04/09/2017

Nizami yurdunda tikinti işləri sürətlə davam etdirilən “Grand Qafqaz” Ticarət Kompleksində 4.000-dən çox mağaza fəaliyyət göstərəcək. Bazarda 10.000 nəfərin işlə təminatı nəzərdə tutulub. Tikintisi davam edən bazarda hazırda 200 nəfərə yaxın işçi qüvvəsi çalışır.

Tikintidə Gəncə üçün xarakterik olan bişirilmiş qırmızı kərpicdən istifadə edilir. Şəhər üçün ənənəvi digər cəhət tikilinin fasad hissəsinin həm milli, həm də qərb memarlıq elementləri ilə həmahəng bəzədilməsidir.

Otel, restoran, kafe, əyləncə mərkəzləri və kinoteatr isə gəncəlilərin və bura üz tutan qonaqların asudə vaxtını mənali keçirməsinə xidmət edəcək. Tezliklə istifadəyə verilməsi nəzərdə tutulan ticarət kompleksi Gəncənin görkəminə xüsusi gözəllik qatacaq.