Cümə günü 24 Noyabr 2017

Səhiyyə

Gəncədə RİİB-in dəstəyi ilə uşaq evlərində oftalmoloji müayinələr keçirilib

Sənubər Göyüşqızı - 14/08/2017

Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi, Səhiyyə Nazirliyi və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşkilatçılığı ilə Gəncədə oftalmoloji müayinələr keçirilib. Budəfəki müayinələr uşaq evlərindəki sağlamlıq imkanları məhdud şəxsləri və sosial xidmət müəssisələrindəki uşaqları əhatə edib.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikasının, Mərkəzin Gəncə şəhərindəki regional şöbəsinin peşəkar həkim briqadası tərəfindən müayinələr ödənişsiz qaydada aparılıb. Uşaqlar qlaukoma, katarakta, çəpgözlük, gözün müxtəlif iltihabı xəstəlikləri, göz dibi patologiyası və digər müayinələrdən keçirilib.

Ümumilikdə 30-dan çox uşaq göstərişə uyğun eynək və dərman vasitələri ilə təmin olunub. Əməliyyata ehtiyacı olan xəstələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə dəvət edilib.

Qeyd edək ki, RİİB-in dəstəyi ilə müxtəlif regionlarda mütəmadi olaraq tibbi müayinələr təşkil edilir. Bu aksiyaların digər regionlarda da davam etdirilməsi nəzərdə tutulub.

Photogallery

Uwaq Evi 1 Uwaq Evi 3 Uwaq Evi 2

Hadisə